15:07 - 18.06.2020
18 iyun, Fineko/abc.az. 2020-ci ilin ilk 4 ayında (Yanvar-aprel) aylarında Azərbaycana $28 milyon 180 min dəyərində (artım 18%) 210,3 min ədəd (artım 32,8%) hesablama maşını, blok və qurğusu idxal olunub.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 5,1% - 58,845 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $11 milyon 302,3 min (azalma 0,8%) təşkil edib.
Müəllif: Elmir Murad
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026