17:19 - 17.06.2020
17 iyun, Fineko/abc.az. 2020-ci ilin yanvar-may aylarında hava nəqliyyatı ilə 21 min 880 ton yük ixrac olunub.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, 2019-cu ilin 5 ayında hava nəqliyyatı ilə 32 min 631 ton yük göndərilib.
Bu isə o deməkdir ki, keçən ilin müvafiq dövrünə nisbətən 10 min 751 ton azalma olub.
Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi isə bu ilin yanvar-may aylarında 4286 ton təşkil edib.
Müəllif: Elmir Murad
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026