17:02 - 17.06.2020
17 iyun, Fineko/abc.az. Azərbaycanın 2020-ci ilin yanvar-may aylarında ən çox hansı ölkədən məhsul idxal etdiyi məlum olub.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə ən çox Rusiyadan məhsul idxal edilib.
Belə ki, 5 ayda ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal edilib. Rusiyadan idxalın dəyəri 769,4 milyon ABŞ dolları, Türkiyədən 614,1 milyon dollar, Çindən isə 541,2 milyon dollar olub. Müəllif: Elmir Murad
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026