17:43 - 5.08.2026
5 avqust, Fineko/abc.az. "PAŞA Bank" ASC-nin Gürcüstandakı törəmə bankı ("PAŞA Bank Gürcüstan") 2026-cı ilin I yarısını 3,978 milyon lari (2,586 milyon manat) xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 dəfə çoxdur.
Hesabat dövründə bankın vergiyəqədərki mənfəəti 3 dəfə artaraq 4,187 milyon lariyə (2,722 milyon manat) çatıb, mənfəət vergisi ödənişləri isə 4,6 dəfə azalaraq 209 min lari (136 min manat) təşkil edib. İyulun 1-i vəziyyətinə bankın aktivləri illik müqayisədə 6,4% artaraq 661,164 milyon lariyə (429,757 milyon manat) yüksəlib. Bunun 413,802 milyon larisi (268,971 milyon manat) müştərilərə verilmiş xalis kreditlərin payına düşür (13,3% artım).
Bankın öhdəlikləri 4,1% artaraq 517,186 milyon lariyə (336,171 milyon manat), depozit portfeli 1,7% artaraq 444,337 milyon lariyə (288,819 milyon manat), balans kapitalı isə 15,7% artaraq 143,978 milyon lariyə (93,586 milyon manat) çatıb. 2013-cü ildən fəaliyyət göstərən bankın nizamnamə kapitalı 136,8 milyon laridir (88,92 milyon manat). Səhmlərin 85,1%-i "PAŞA Bank"a, 14,9%-i isə "PAŞA Holdinq" MMC-yə məxsusdur.
© Report.az