17:30 - 5.08.2026
5 avqust, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) 2026-cı ilin yanvar-iyul ayları üzrə birja üzvlərinin dövriyyə hesabatına əsasən, BFB-də əməliyyatların ümumi həcminə görə "ABB İnvest İnvestisiya Şirkəti" QSC liderliyini qoruyub.
Hesabat dövründə "ABB İnvest" 23,38 milyard manatlıq əməliyyat həcmi ilə (18 824 əməliyyat) birinici pillədə qərarlaşıb. İkinci yeri 8,56 milyard manat dövriyyə və 43 817 əməliyyat sayı ilə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, üçüncü yeri isə 5,03 milyard manatlıq dövriyyə ilə "Unicapital İnvestisiya Şirkəti" AŞC tutub. İlk beşliyi müvafiq olaraq "CPM-Invest" (4,54 mlrd manat) və "Invest-Az" (4,19 mlrd manat) tamamlayıb.
Bazarın əsas hissəsini Repo əməliyyatları təşkil edib. Dövlət istiqrazları bazarında 613,07 milyon manatlıq həcmlə "PAŞA Kapital", Korporativ istiqrazlar bazarında 505,51 milyon manatla yenə "PAŞA Kapital", ARMB qiymətli kağızları bazarında isə 319,01 milyon manatlıq həcmlə "PAŞA Kapital" liderlik edib. Səhm əməliyyatlarında da 99,77 milyon manatlıq göstərici ilə "PAŞA Kapital" birinci olub.