16:39 - 5.08.2026
5 avqust, Fineko/abc.az. Azərbaycanda azyaşlı istifadəçilərin və onların fərdi məlumatlarının qorunması tələblərini pozan hüquqi şəxslər üçün iri məbləğdə cərimələr müəyyən edilib.
Yeniliyə əsasən, bu qaydaları pozan hüquqi şəxsləri 40 min manatadək, hal təkrar baş verdikdə isə 50 min manatadək cərimə gözləyir.
Bundan əlavə, müvafiq səlahiyyətli qruma məlumatların təqdim edilməməsinə və ya vaxtında verilməməsinə görə vəzifəli şəxslər 7 min manatadək, hüquqi şəxslər isə 20 min manatadək cərimə olunacaqlar.