16:36 - 5.08.2026
5 avqust, Fineko/abc.az. "Kapital Bank" ASC-nin ümumi dəyəri 50 milyon manat olan istiqrazlarının abunə yazılışı üsulu ilə kütləvi yerləşdirilməsi uğurla baş tutub. İyulun 3-dən avqustun 1-dək davam edən abunə yazılışı çərçivəsində 336 investor tərəfindən ümumilikdə 146,16 milyon manatlıq 406 sifariş təqdim olunub.
Təklif tələbi təxminən 3 dəfə üstələdiyindən, hərrac nəticəsində 314 investorun 383 sifarişi icra edilib və 500 min ədəd istiqraz tam həcmdə yerləşdirilib. Hər birinin nominal qiyməti 100 manat, tədavül müddəti 1 il olan istiqrazların illik gəlirliliyi 10% təşkil edir. Faiz ödənişləri hər 30 təqvim günündən bir həyata keçiriləcək.
Yerləşdirmə nəticələri Bakı Fond Birjasının (BFB) qaydalarına cavab verdiyi üçün qiymətli kağızlar BFB-nin Standart Bazar Listinq seqmentinə daxil edilib. Prosesin anderrayteri “PAŞA Kapital İ.Ş” QSC olub.