11:51 - 5.08.2026
5 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti tərəfindən “Maliyyə institutlarının bazar davranışına dair Metodoloji Rəhbərlik” sənədi təsdiq olunub.
Sənədin əsas məqsədi maliyyə bazarında istehlakçıların hüquq və qanuni mənafelərinin qorunması səviyyəsini artırmaq, eləcə də idarəetmə, daxili nəzarət və risklərin idarə olunması mexanizmlərini gücləndirmək üçün metodoloji dəstək verməkdir. Yeni rəhbərlik banklar, BKT-lər, sığortaçılar, investisiya şirkətləri, ödəniş və elektron pul təşkilatları da daxil olmaqla bütün maliyyə sektorunu əhatə edir.
Mərkəzi Bankın bu addımının maliyyə institutları ilə istehlakçılar arasında şəffaflığı artıracağı, xidmət keyfiyyətini yüksəldəcəyi və sektora olan etimadı möhkəmləndirəcəyi gözlənilir.