"Mango" ilin ilk yarısını 1,85 milyard avroluq döriyyə ilə başa vurub

16:56 - 27.07.2026


27 iyul, Fineko/abc.az. İspaniyanın məşhur geyim və dəb brendi "Mango" 2026-cı ilin ilk altı ayının yekunlarına əsasən gəlirlərini 7,2% artıraraq 1,852 milyard avroya çatdırıb.

Şirkət ilin sonuna qədər ümumi satış həcmini 4 milyard avroya çatdırmağı hədəfləyir.

Hesabat dövründə şirkət mağaza şəbəkəsinin genişləndirilməsi, texnoloji və əməliyyat imkanlarının gücləndirilməsi üçün 90 milyon avroya yaxın yatırım edib. İyun ayının sonuna 120-dən çox ölkədə 2 960-dan çox satış nöqtəsinə sahib olan "Mango"nun onlayn satışları ümumi döriyyənin 32%-ni, beynəlxalq əməliyyatlar isə 77%-ni təşkil edib.

Şirkətin gəlir baxımından ən böyük beş bazarı sırasına İspaniya, Fransa, Türkiyə, Almaniya və ABŞ daxil olub.