Taxıl bazarlarında qiymətlər əsasən azalıb

11:40 - 22.05.2026


22 may, Fineko/abc.az. Dünya birjalarında 21 may 2026-cı il üzrə keçirilən ticarət sessiyasının nəticələrinə əsasən, taxıl və kənd təsərrüfatı fyuçerslərində əsasən qiymətlərin azalması qeydə alınıb.

ABC.AZ xəbər verir ki, buğda fyuçersi (SRW, CBOT, iyul 2026) 10,50 sent/buşel (-1,59%) ucuzlaşaraq 650,00 sent/buşel səviyyəsində bağlanıb. Buğda fyuçersi (HRW, KCBT, iyul 2026) isə 11,75 sent (-1,68%) azalaraq 687,00 sent/buşel olub.

Avropada un dəyirman buğdası fyuçersi (MATIF) 0,50 avro/ton (-0,23%) ucuzlaşaraq 216,25 avro/ton təşkil edib. Böyük Britaniyada yemlik buğda fyuçersi (ICE Europe, may 2025) isə 0,15 funt sterlinq (+0,08%) artaraq 188,75 GBP/ton səviyyəsinə yüksəlib.

Qarğıdalı fyuçersləri (CBOT, iyul 2026) 3,25 sent (-0,70%) azalaraq 462,50 sent/buşel olub. Çiy düyü fyuçersi 0,08 ABŞ dolları (+0,62%) artaraq 13,00 USD/100 funt səviyyəsində bağlanıb. Yulaf fyuçersləri isə 2,00 sent (-0,55%) azalaraq 360,50 sent/buşel olub.