16:24 - 18.07.2018
18 iyul, Fineko/abc.az. Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) ilin birinci yarısında reklam qanunvericiliyinin pozuntusu üzrə 2 min fakt aşkar edib.
Agentliyin direktor müavini Orxan Əliyev bildirib ki, reklam qanunvericiliyinin pozucularının aşkar edilməsi üzrə işlər davam etdirilir.
“İlin əvvəlindən indiyədək təxminən 2 min bu kimi fakt aşkar edilmişdir ki, bunun nəticəsində 10 protokol tərtib edilmiş və 500 manatdan 10 min manatadək cərimə sanksiyaları tətbiq edilmişdir”, - deyə O.Əliyev bildirib.
25 İyul 2026