Beş ayda 186 min tondan çox meyvə-tərəvəz idxal edilib – Hesabat

14:58 - 24.06.2020


24 iyun, Fineko/abc.az. Bu ilin 5 ayında (yanvar-may) ölkəyə 186,1 min ton meyvə-tərəvəz idxal edilib.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, sözügedən dövrdə idxal edilən meyvə-tərəvəzin dəyəri 104,8 milyon dollar təşkil edib.

Müqayisə üçün qeyd edək ötən ilin yanvar-may aylarında 92,6 milyon dollarlıq 169,8 min tondan çox meyvə-tərəvəz idxal edilmişdi.

Müəllif: Elmir Murad