16:49 - 18.06.2020
18 iyun, Fineko/abc.az. 2020-ci ildə Azərbaycanda ən az ixracın hansı ayda aparıldığı məlum olub.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a bildirilib ki, bu il ixrac əməliyyatlarının ən yüksək göstəricisi yanvar, ən aşağı göstəricisi isə mayda qeydə alınıb.
Belə ki, yanvarda ixrac əməliyyatları 2 milyard 130,1 milyon ABŞ dolları, mayda isə 665,5 milyon dollar təşkil edib.
Qeyd edək ki, bu ilin 5 ayında ölkədə ixracın dəyəri 6 milyard 971,9 milyon dollar olub.
Müəllif: Elmir Murad
27 İyul 2026