15:38 - 18.05.2020
18 may, Fineko/abc.az. Yanvar-aprel aylarında Azərbaycana gətirilmiş yağın həcmi açıqlanıb.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə ölkəyə 5,3 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. İdxal edilən yağların dəyəri 26,7 milyon ABŞ dolları olub.
Müqayisə üçün qeyd edək ki, keçən ilin eyni dövründə ölkəyə 20,5 milyon dollarlıq 4,1 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
27 İyul 2026
25 İyul 2026