14:57 - 18.05.2020
18 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi 2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda bir sıra göstəricilərlə bağlı bəzi statistik rəqəmləri açıqlayıb.
ABC.AZ sözügedən göstəricilərə istinadən xəbər verir ki, hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 53,6 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Bununla yanaşı 4 ayda 5,1 faizi elektrik malları və mebellərin, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Müəllif: Elmir Murad
27 İyul 2026
25 İyul 2026