11:40 - 6.05.2020
6 may, Fineko/abc.az. Yanvar-mart aylarında paytaxtın ictimai iaşə dövriyyəsi 187,8 milyon manat olub.
ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14,2 faiz az deməkdir.
Məlumata görə, sözügedən dövrdə özəl sektorda ictimai iaşə dövriyyəsinin 55 faizi hüquqi şəxs statuslu müəssisələrin, 45 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz artaraq 104,4 milyon manat olub.
Müəllif: Elmir Murad
27 İyul 2026
25 İyul 2026