11:17 - 29.04.2020
29 aprel, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2020-ci ilin 1-ci rübü üzrə "İxrac İcmalı"nı təqdim edib.
ABC.AZ hesabata istinadən xəbər verir ki, 2020-ci ilin mart ayında qeyri-neft sektoru üzrə ixrac 133 milyon dollar təşkil edib. Bu fevral ayı ilə müqayisədə 14,2% azdır.
Bu ilin mart ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (46,4 milyon dollar), Türkiyəyə (29 milyon dollar), İsveçrəyə (12 milyon dollar), Gürcüstana (8 milyon dollar) və Ukraynaya (6,2 milyon dollar) ixrac edilib.
Ümumilikdə 2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə 429 milyon dollar dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-mart ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 13,7 milyon dollar və ya 3,3% artıb.
Müəllif: Elmir Murad
27 İyul 2026
25 İyul 2026