Dövlət satınalmalarında iki ciddi problem var - Vüqar Gülməmmədov

15:34 - 28.04.2020


28 aprel, Fineko/abc.az. Azərbaycanın büdcə təşkilatlarında aparılan nəzarət tədbirləri göstərib ki, dövlət satınalmalarında iki ciddi problem var.

ABC.AZ-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin komitə iclasında Palatanın 2019-cu ildə fəaliyyətinə dair Hesabatı ilə bağlı çıxışında bildirib.

V. Gülməmmədov qeyd edib ki, birinci məsələ ehtimal olunan qiymətin düzgün müəyyənləşdirilməməsi və ya alınacaq malların (iş və xidmətlərin) həmin dövrə olan bazar qiymətindən baha olması ilə bağlıdır: "Qeyd etmək istərdim ki, 2019-cu ilin 1-ci rübün sonunda Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Qərarda ehtimal olunan qiymətin hesablanması ilə bağlı 4 üsul müəyyən edilib. Fikrimizcə, bu Qərarın qəbulu dövlət satınalmalarında ehtimal edilən qiymətlə orta bazar qiymətinə uyğunluğunun təmin edilməsində müsbət addımlardandır".

Müəllif: Elmir Murad