2 milyard dollara yaxın ticarət əməliyyatı aparılıb - Mart ayında

12:34 - 27.04.2020


27 aprel, Fineko/abc.az. Azərbaycanın mart ayında apardığı ticarət əməliyyatlarının həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, martda Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 1 milyard 807,2 milyon ABŞ dolları olub. Ticarət əməliyyatlarının 849,8 milyon dolları idxalın, 957,3 milyon dolları isə ixracın payına düşüb.