17:17 - 15.04.2020
15 aprel, Fineko/abc.az. 2020-ci ilin ilk 3 ayında Azərbaycana 19 milyon 750 min dollar dəyərində 3 min 957 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin ilk 3 ayı ilə müqayisədə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı məbləğ ifadəsində 46%, miqdar ifadəsində isə 49,4% artıb.
Belə ki, 2019-cu ilin ilk 3 ayı ərzində Azərbaycana 13 milyon 527 min dollar dəyərində 2 min 649 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.
27 İyul 2026
25 İyul 2026