17:20 - 7.04.2020
7 aprel, Fineko/abc.az. Gürcüstanda ötən ay ən çox bahalaşan qida məhsullarının siyahısı açıqlanıb.
ABC.AZ Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bahalaşmaya ən şox məruz qalan sarımsaqdır. Belə ki, adıçəkilən tərəvəzin qiyməti martda 73,0% artıb. Qiyməti 66,85% artan limon da ən çox bahalaşanlar sırasında ikincidir. Qiymət artımına görə sonrakı yerlərdə 63,1%-lə qarabaşaq (qreçka), 61,55% alma, 58%-lə qarpız, 34,5%-lə çuğundur,
Şaftalı (33,71%), kartof (32,87%), üzüm (32,51%) və 31,5%-lə kivi gəlir. Qeyd edək ki, qonşu ölkədə mart ayında infilyasiya göstəricisi aylıq müqayisədə 0,7% təşkil edib.
Müəlif: Elmir Murad
27 İyul 2026
25 İyul 2026