15:36 - 28.02.2020
28 fevral, Fineko/abc.az. Azexport.az portalına 2020-ci ilin yanvar ayında 42,1 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub.
ABC.AZ xəbər veirir ki, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin fevral sayında öz əksini tapıb.
Belə ki, bu ilin yanvar ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (15,3%), Səudiyyə Ərəbistanı (9%), Türkiyə (8,1%), Hindistan (7,2%) və Fransa (7,2%) qərarlaşıb.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 yanvar tarixinə kimi (37 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 626,9 milyon ABŞ dolları təşkil edib.
27 İyul 2026
25 İyul 2026