11:46 - 26.02.2020
26 fevral, Fineko/abc.az. Fevralın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda rəsmi səfərdə olub.
ABC.AZ xəbər verir ki, səfər zamanı bir sıra sənədlər imzalanıb.
Onlardan biri də Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında Preferensial Ticarət Sazişidir.
Sözügedən sazişi İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin Ticarət naziri xanım Ruhsar Pekcan imzalayıb. Tərəflər bununla yanaşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Türkiyə Rəqabət Qurumu arasında rəqabət siyasəti sahəsində əməkdaşlıq Protokolu”u barədə də saziş imzalayıb.
27 İyul 2026
25 İyul 2026