15:18 - 30.01.2020
30 yanvar, Fineko/abc.az. Yanvar ayında Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə 290 milyon manat vəsait köçürülüb.
ABC.AZ xəbər verir ki, bunu bu gün Dövlət Gömrük Komitəsində gömrükçülərin peşə bayramı münasibəti ilə keçirilən iclasda qurumun sədri Səfər Mehdiyev bildirib.
Komitə sədri qeyd edib ki, 2020-ci ildə Gömrük Komitəsinin qarşısında 4 milyard manat büdcə öhdəliyi qoyulub. “Komitə bu il də dövlətin büdcəsinin formalaşdırılmasında yaxından iştirak edəcək” deyə S. Mehdiyev deyib.
Müəllif: Elmir Murad
27 İyul 2026
25 İyul 2026