16:07 - 29.01.2020
29 yanvar, Fineko/abc.az. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin reytinqi açıqlanb.
ABC.AZ-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac İcmalı”nın 2020-ci ilin yanvar ayı üçün yeni sayında qeyd olunub ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” liderlik edir.
Sıralamada "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “CTS-Agro” MMC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərikimya" İB, "Bakı Neft Maşinqayırma Zavodu" TASC şirkətləri gəlir.
27 İyul 2026
25 İyul 2026