16:22 - 23.01.2020
23 yanvar, Fineko/abc.az. Azərbaycanda ən çox bahalaşan ödənişli xidmətlər açıqlanıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə ən çox bahalaşma hava nəqliyyatı ilə sərnişindaşıma xidmətində olub.
Belə ki, bu xidmətdə ötən il 2018-ci ilə nisbətən qeyd olunduğu kimi nə az, nə çox - 5,9% artım qeydə alınıb. Həmçinin digər xidmətlərdə də bahalaşma baş verib. Belə ki, tibbi xidmətləri -5,1%, icarəçi tərəfindən ödənilmiş icarə haqqı 4,3%, mehmaxa xidmətləri 2,9% bahalaşıb.
Ucuzlaşmaya gəlincə burada yalnız 1,7 faiz təbii qaz təchizatında və 0,7 faiz dəmir yolu ilə sərnişindaşıma xidmətində müşahidə edilib.
27 İyul 2026
25 İyul 2026