12:41 - 17.01.2020
17 Yanvar, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzdində “Süfrə” MMC yaradılır.
ABC.AZ xəbər verir ki, bu barədə məlumatı yanvarın 17-də ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Agentliyin sədri Qoşqar Təhməzli bildirib.
O qeyd edib ki, cəmiyyətin fəaliyyəti çərçivəsində 40 kəsim məntəqəsinin açılması planlaşdırılır: “Bundan sonra dönər köşkləri və dönər satışı ilə məşğul olan müəssisələrdə standartlara nəzarət də ediləcək”.
Müəllif: Elmir Murad
27 İyul 2026
25 İyul 2026