12:53 - 30.07.2019
30 iyul, Fineko/abc.az. Cari ilin iyul ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 12,1 milyon dollar olub.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-cu ilin iyul sayında qeyd olunur.
Qeyd olunur ki, 2019-cu ilin yanvar-iyul ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 71,8 milyon dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib.