12:03 - 11.07.2019
11 iyul, Fineko/abc.az. 2019-cu ilin yanvar-may aylarında alkoqollu məhsullar və energetik içkilərin istehsalı (aksiz vergisinə cəlb olunan istehsal həcmi) ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7 %, aksiz məbləği 2,5 dəfə, alkoqollu içkilərin istehsalçılarının dövriyyəsi isə 1,6 dəfə artıb.
Bu barədə Vergilər Nazirliyi məlumat verir.
Məlumatda qeyd edilir ki, cari ilin 5 ayında ötən ilin 5 ayı ilə müqayisədə, tütün məmulatlarının vergiyə cəlb olunan miqdarı 18,4 %, aksiz məbləği 5,6 dəfə, tütün məmulatlarının istehsalçıları üzrə dövriyyə isə 3,7 dəfə artıb.
Tütün məmulatlarının istehsalçıları üzrə vergi ödəmələrinin artımına təsir edən amillərdən biri də aksiz məbləğinin artırılması ilə əlaqədardır. Bu amil nəzərə alınmadan tütün məmulatları üzrə aksiz məbləğində artım 12,5 % təşkil edir.