12:24 - 22.05.2019
22 may, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsaəsn, bu ilin ilk 4 ayında ölkəyə 4 min 115 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Yanvar-aprel aylarında idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 20 mln. 587 min dollar olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəyə 25 milyon 771 min dollarlıq 4 min 321 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.