15:57 - 30.10.2019
30 oktyabr, Fineko/abc.az. 2019-cu ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixrac 136 milyon dollar təşkil edib. Bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 22 milyon dolları və ya 19 % artım deməkdir.
Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin oktyabr sayına əsasən xəbər verir.
Hesabatda qeyd olunur ki, cari ilin sentyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (38,5 milyon dollar), Türkiyəyə (25,4 milyon dollar), İsveçrəyə (13,9 milyon dollar), Gürcüstana (12,5 milyon dollar) və Çinə (5,4 milyon dollar) ixrac edilib.
2019-cu ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 13,1 milyon dollar) birinci, qabığı təmizlənmiş meşə fındığı (11,7 milyon dollar) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (8,1 milyon dollar) üçüncü olub.
27 İyul 2026
25 İyul 2026