11:50 - 20.09.2019
20 sentyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev sentyabrın 20-də jurnalistlərə müsahibəsində bildirib ki, cari ilin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və bir şərab evi açılması nəzərdə tutulur.
Nazir qeyd edib ki, Çində Azərbaycanın məhsullarının tanıdılması davam edəcək: “Bu gün Çinin CAMCE şirkəti ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında imzalanan anlaşma memorandumu işlərin daha da sürətlənməsinə imkan verəcək”.
27 İyul 2026
25 İyul 2026