12:40 - 19.09.2019
19 sentyabr, Fineko/abc.az. Yaxın gələcəkdə gömrük keçid məntəqlərində elektron lövhələr yaradılacaq.
ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən 9-cu Beynəlxalq Xəzər Enerji Forumunda Gömrük Komitəsinin birinci müavini İsmayıl Hüseynov deyib.
Onun sözlərinə görə, yeni lövhələrin tətbiqi həm insanların, həm də yüklərin gömrük keçidlərindən sürətli keçidinə imkan yaradacaq: "Sözügedən lövhənin tətbiqi gömrük postlarında yubanmaları aradan qaldıracaq. Hazırda bu sistemlə bağlı işlər həyata keçirilir.
Gömrük Komitəsinin başqa bir yeniliyi bildiyiniz kimi "Yaşıl Dəhliz"-in tətbiq olunmasıdır. Yaşıl Dəhliz gömrük sisteminə mədəniyyət gətirməklə yanaşı, həm də hər bir sahibkar üçün yeni bir imkan açıb. "Yaşıl Dəhliz"də gömrük əməkdaşlarının iştirakı minimumdu. "Yaşıl Dəhliz"də 8 ayda ixrac 30 faizə gəlib çatıb. Və bu artır, biz də bunu dəyərləndirib biznes mühitinin yaxşılaşdırılması, formalaşdırılması üçün əlimizdən gələni edirik".
Müəllif: Elmir Murad
27 İyul 2026
25 İyul 2026