16:44 - 30.08.2019
30 avqust, Fineko/abc.az. 2019-cu ilin yanvar-iyul aylarında Azexport.az portalına 346,6 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub.
2018-ci ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında ixrac sifarişləri 10 % artıb.
Qeyd olunur ki, 2019-cu ilin iyul ayında isə ixrac sifarişlərinin dəyəri 43,5 milyon dollar təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 40 %-lik artım qeydə alınıb. 2019-cu ilin yanvar-iyul aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya(12,1%), Türkiyə (6,4%), ABŞ (6%), Hindistan (5,7%), və İngiltərə (4,8%) qərarlaşıb.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 iyul tarixinə kimi (31 ay ərzində) Azexport.az portalına dünyanın 133 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 336 milyon dollar təşkil edib.
27 İyul 2026
25 İyul 2026