12:34 - 6.08.2019
6 avqust, Fineko/abc.az. Azərbaycanın xarici ölkələrdə 10 ticarət və şərab evi açılıb, Rusiya, Qazaxıstan və digər ölkələrdə ticarət evlərinin açılması ilə bağlı işlər davam etdirilir.
Bunu Azərtaca-a verdiyi müsahibəsində İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, Moskva şəhərində 15 Azərbaycan şirkəti tərəfindən istehsal olunan 200-dən çox çeşiddə məhsulun təqdim olunduğu “Azərbaycan nemətləri” mağazası fəaliyyətə başlayıb, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində də bu cür mağazaların açılması istiqamətində işlər aparılır.