TANAP-ın ötürücülük qabiliyyətinin hələ də 40%-dən çoxu istifadə olunmur - Bayraktar

15:04 - 1.06.2026


1 iyun, Fineko/abc.az. Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) ötürücülük qabiliyyətinin hələ də 40%-dən çoxu istifadə olunmur.

ABC.AZ xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar 31-ci Bakı Enerji Forumunda bildirib.

Türkiyəli nazir bildirib ki, hazırda bir nömrəli məsələ mövcud olan bütün infrastrukturdan maksimum yararlanmağa diqqət yetirməkdir:

"İraq-Türkiyə neft kəməri barədə, xatırlayırsınızsa, müxtəlif tədbirlərdə dəfələrlə danışmışıq. Bu gün əgər biz mövcud infrastrukturdan istifadə edə bilsək, gündəlik 1,5 milyon barel neft axını potensialı mövcuddur. İkincisi, biz bəzi kiçik investisiyalar yatırmaqla bu ötürmə gücünü artıra bilərik. Məsələn, İraq-Türkiyə boru kəmərini Kərkükdən Bəsrəyə qədər uzada bilərik və beləliklə, tam gücündən yararlanmaq imkanımız olar. Yəni bunlar inkişaf etdirə biləcəyimiz layihələrdir. Bunlara əlavə olaraq, həm boru kəməri, həm də elektrik enerjisi sahəsində yeni infrastruktur interkonnektor layihələrinə investisiya yatıra bilərik".

 

Müəllif: Elmir Muradov